Gəlini soyundura bilməyən bəy onu döydü – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Gəlini soyundura bilməyən bəy onu döydü – FOTOLAR

Hər bir qız ağ gəlinliyini geyinib, ailə həyatı qurmağı arzu edir. Böyük Britaniya sakini Emi Douson da toy günü özünü xoşbəxt hiss edib. Lakin o, toydan bir neçə saat sonra əri tərəfindən vəhşicəsinə döyüləcəyini ehtimal etməyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı Gevin Qolatyli 22 yaşlı arvadı Eminin əynindən ağ gəlinliyi çıxara bilmədiyi üçün arvadını döyüb.

Emi deyib: "Məni döyəndən sonra otel nömrəsindən qaçdı, amma sonra geri qayıdıb, yenidən məni döyməyə başladı. Sonra isə mən otel nömrəsindən qaçaraq, dərhal polisə zəng etdim. Həyatımın ən sevimli günü idi, lakin Gevin hər şeyi məhv etdi".

Məhkəmədə bildirilib ki, Gevin gəlinlik libasının qarmağını aça bilmədiyi üçün arvadının başından zərbələr endirib. Sonra isə əsəbləşən ər arvadının yerə yıxaraq, onun qarnının üstünə çıxıb və qadını yumruqlamağa başlayıb. Nəticədə, Emi xəstəxanaya çatdırılıb.

Elə həmin günü ərindən boşanan qadının ərinə məhkəmə qərarı ilə 2 illik icbari iş verilib. Bundan əlavə, keçmiş ər arvadına kompensasiya ödəməlidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm