Bilgi.az
Arvadının həyatını xilas etmək üçün 147 dəfə qanından keçən ər - FOTOLAR
Çinli Vanq Sanyonq 2003-cü ildə əri Su Venvunun yanında huşunu itirdikdən sonra həkimlər ona anemiya diaqnozu qoyublar. Qadının bədənində kifayət qədər dəmir olmadığından, onun hüceyrələri kifayət qədər qırmızı qan hüceyrələri istehsal edə bilmir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəlik ucbatından Vanqa tez-tez qan köçürülməlidir.
Çində bu prosesi həyata keçirmək elə də çətin deyil. Arvadının həyatını xilas etmək üçün 45 yaşlı ər Su əvvəlcə öz qanının ona köçürülməsini istəyib. Amma qan hüceyrələri uyğun gəlmədiyindən və imkansızlıqdan Su Venvu alternativ yola əl atmalı olub. O, 10 il ərzində 147 dəfə qan bankına gedərək öz qanını ianə verib. Ərinin qan ianəsinə görə 38 yaşlı qadın tibbi ləvazimatları pulsuz ala bilir.
Su Venvu deyib: "Hər 12 həftədən bir qan verirəm. Bu isə qanunlara ziddir. Lakin bir istəyim var. Arvadım sağalsın və biz ölənə kimi bir yerdə ola bilək. Biz uşaq sahibi ola bilməsək də, ikilikdə xoşbəxtik. Arvadım sərbəst şəkildə hamam otağına gedə bilmir. Ona qulluq etmək üçün yanında qalmışam və buna görə məni 30 dəfə işdən qovublar".
Su Venvunun sözlərinə görə, o heç zaman təslim olmayacaq və arvadı sağalana qədər öz qanını ianə verməyə hazırdır. O əlavə edib: "Qanımı ianə verməyim məni zəiflədib. Bununla belə, heç zaman təslim olmayacağam və yenidən xoşbəxt yaşamaq üçün arvadımın həyatını xilas edəcəyəm".
Nura
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...