Əsəbiləşən gəlin toyda bəyi dəyişdi
Bizi izləyin

Bilgi.az

Əsəbiləşən gəlin toyda bəyi dəyişdi

Hindistanın Rampur şəhərində gəlin elə toy mərasimindəcə bəyi dəyişib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, toy mərasimində bəydə epileptik tutma baş verib. Bundan sonra isə gəlin mərasimdə iştirak edən qonaqlardan birinə ərə getməyə qərar verib.

İş ondadır ki, bəy xroniki xəstəliyini gəlindən gizli saxlayıb. Gəlin bundan bərk əsəbiləşib. Gəlinin fikrincə, bəy diaqnozu ilə bağlı ona toya qədər məlumat verməli idi.

Toy mərasimində iştirak edən şahidlərin sözlərinə əsasən, gəlin qohumlarından birini bəy kimi seçib. Yeni bəy isə gəlinin təklifinə tərəddüd etməyib.

Yerli mətbuatın verdiyi məlumatda isə deyilir ki, birinci bəyin qohumları yaşanmış vəziyyətə görə məyus olub. Onlar baş tutmayan toya görə hətta polisə də müraciət ediblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm