İş axtaranların nəzərinə: Antarktidada iş var (FOTO)
Bizi izləyin

Bilgi.az

İş axtaranların nəzərinə: Antarktidada iş var (FOTO)

Antarktidada muzeydə işləmək üçün 4 nəfər axtarılır.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, işçinin bütün xərcləri işəgötürən tərəfindən qarşılanacaq.

Təklifi qəbul edənlər ayda 1000 funt-sterlinq qazanacaqlar. Burada işləməyin mənfi cəhəti havanın həddən artıq soyuq olmasıdır. Həmin şəxslər buradakı poçt, dükan və muzeyi işlədəcəklər.

İş blankında namizədlərə aşağıdakı suallar verilir: Qarın üzərində ağır yük daşıyarkən pinqvinlərdən qaça bilərsinizmi? Bir ay yuyunmasanız, ətrafınızda 2 min pinqvin olsa, sizin üçün problem olmaz ki?

Seçilən namizədlər İngiltərədə 5 günlük təlim proqramından sonra Antarktidaya yola salınacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm