Heç kim anasının gözü qarşısında dalaşmaq istəməz - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Heç kim anasının gözü qarşısında dalaşmaq istəməz - FOTOLAR

Çox zaman futbol oyunları azarkeşlərin davasına gətirib çıxarır. Bunu nəzərə alan Braziliya futbol klublarından biri xuliqanların dələduzluğunun qarşısını almaq üçün maraqlı bir təcrübə həyata keçirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xuliqanlıq sala biləcək insanların anaları da stadiona dəvət olunub. Belə ki, "Sport Club do Recife" futbol klubu azarkeşlər arasında dava-dalaşın qarşısını almaq üçün 30 qadını nəzarətçi kimi övladlarının başı üzərində qoyub.

Qeyd edək ki, Braziliyanın şimalında yerləşən ikinci ən böyük şəhər olan Resifedə futbol oyunlarından sonra zorakılıqlar son zamanlar artıb. Maraqlısı odur ki, övladları üzərində nəzarətə duran qadınlar hərbi polis məşqlərindən keçib. Onların üzərində isə "Seguranca Mae" (Təhlükəsizlik Anaları) cümləsi yazılıb. Futbol klubunun keçirdiyi təcrübə özünü doğruldub. Çünki futbol bitdikdən sonra hamı ərazidən dava-dalaşsız uzaqlaşıb. "Sport Club do Recife" komandası rəqibini 1:0 hesabı ilə məğlub etsə də, polis azarkeşlərdən heç kimi həbs etməyib. İdman xəbərində isə deyilib: "Heç kim öz anasının gözü qarşısında dalaşmaq istəməyib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm