Həyat yoldaşını aldatdı: "Arvad, girov düşmüşəm” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Həyat yoldaşını aldatdı: "Arvad, girov düşmüşəm” – FOTOLAR

Polislər həyat yoldaşını aldadan, xəyanət edən çox kişi görmüşdü. Ancaq bir vaxtlar tikintidə işləyən, indi isə işsiz olan Elliot Harridi Qvido kimisinə hələ rast gəlməmişdilər.

Publika.az xəbər verir ki, 34 yaşlı Mexiko sakini avaralıq etdiyindən bankda işləyən həyat yoldaşı Konstansa son vaxtlar ona cibxərci vermirmiş.

Odur ki, Elliot arvadına kələk gəlib pul qoparmaq niyyətinə düşür. Özü kimi işsiz və avara olan dostu, Martinez Reyeslə "dahiyanə" plan fikirləşirlər. Reyes dostunun qollarını bağlayır, başına sellofan paket keçirərək şəkillərini çəkir. İnandırıcı olmaq üçün Elliotun köynəyini tomat pastası ilə bulayırlar. Guya ki, o, möhkəm döyülüb.

Sonra fotoları Konstansaya göndərirlər. Şəkillərin altında Elliot öz xətti ilə yazır ki, girov düşüb və cinayətkarlar ondan 7000 peso (təxminən 460 dollar-red) istəyirlər.

Konstansa isə fotolardan şübhələnir. Axı işsiz ərini girov götürmək kimin nəyinə lazım idi. Qadın polisə müraciət edir.

Polis telefonun siqnalı ilə həm "girov"u, həm də onun dostunu tapıb.

Həbs edilən dostların hər birini 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm