Robotlar yaşlı insanlara kömək edəcək - FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

Robotlar yaşlı insanlara kömək edəcək - FOTO/VİDEO

Yaponiyanın "RİKEN" institutu və "Sumitomo Riko" şirkətinin mühəndisləri "ROBEAR" adlı sanitar işçinin fəaliyyətini yerinə yetirə biləcək robot hazırlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sanitar robotlar insanı qucağına qaldırır və onu çarpayısına uzandırır və ya yerinə apararaq otuzdurur.

Mütəxəssislərin sözlərinə görə, bu tipli robotlar daha çox yaşlı insanların qeydinə qalmaq üçün nəzərdə tutulub. "ROBEAR" robotu 2011-ci ildə hazırlanmış "RİBA" robotunun xələfidir. "ROBEAR" sələfindən fərqli olaraq, daha yüngüldür. Onun çəkisi 140 kiloqramdır. "RİBA"nın çəkisi isə 230 kiloqramdır. Bundan əlavə, yeni robot modeli daha cəld və hərəkətcildir. "ROBEAR" robotu ayaqları ilə hərəkət edir və lazım gəldikdə daldala da çevrilə bilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm