Günəş sistemindən böyük qara dəlik tapıldı
Bizi izləyin

Bilgi.az

Günəş sistemindən böyük qara dəlik tapıldı

Bu günə qədər kəşf edilən ən böyük qara dəlik Günəşdən 12 milyard dəfə böyükdür.

"Nature" jurnalında dərc olunan araşdırma yazısında "SDSS J0100+2802" adıyla tanınan ən böyük qara dəliyin (ulduzlardan daha böyük göy cismi -) kəşf olunduğu göstərilib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, qalaktikanın ən parlaq cismi olaraq tanınır. Təzyiqi güclü qazlarla əhatəli olan qara dəliyin həddən artıq parlaqlaşması ətrafdakı qaz təbəqəsinin son dərəcə istiləşməsini göstərir.

Yeni kəşf bu günə qədər olan nəzəriyyələri də şübhə altına alır.

Mütəxəssislərin hesablamalarına görə, kəşf edilən qara dəlik kainatın başlanğıcı kimi qəbul edilən "Böyük partlayış"ın təsirindən 900 milyon il sonra meydana gəlib. Qara dəliyin kütlə və meydana gəlmə müddəti bu günə qədər olan etibarlı nəzəriyyələri də mübahisəli mövzuya çevirib.

Qeyd edək ki, elm bu kimi qara dəliklərin ulduzların "ölüm"ündən sonra meydana gəldiyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm