Bu ayaqqabını geyin, ən sürətli adam ol – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu ayaqqabını geyin, ən sürətli adam ol – FOTOLAR

Yer üzündə yaşayan canlılardan ən sürətlisi heparddır. Pişikkimilər fəsiləsindən olan bu heyvan saatda 120 kilometr sürətlə qaça bilir.

Publika.az-ın verdiyi xəbərə görə, insanlar arasında sürətli qaçış rekordu saatda 45 kilometrdir. Yamaykalı sprinter Useyn Bolt 100 metrə qədər məsafədə qaçış üzrə məhz bu nəticəni göstərmişdi.

Adi insanın isə qaçış sürəti uzağı saatda 30 kilometrdən çox olmayacaq.

Londonda yaşayan həvəskar mühəndis Kixi Seymur bionik ayaqqabı hazırlayıb. Bu ayaqqabını geyinən adi insan belə saatda 45 kilometr sürətlə qaça bilər.

Kixi Seymur adi barmendir. Lakin dizayn və digər elmlərə sonsuz marağı var.

Bionik ayaqqabı hazırlayarkən o, Avstraliya kenqurularının qaçış mexanizmindən istifadə edib. Ayaqqabıların altında rezin yaylar var. Onu geyinəndə insanın boyu həm 2,25 sm uzanır, həm də kenquru kimi tullana-tullana sürətlə qaça bilir.

İxtiraçı əmindir ki, lazımi qədər məşq edən adam bu ayaqqabılarla saatda 65 kilometr sürət də yığa bilər.

Publika.az Kixi Seymurun ixtirasının fotolarını təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm