Kral qalmaqallı fitva müəllifinə mükafat verdi
Bizi izləyin

Bilgi.az

Kral qalmaqallı fitva müəllifinə mükafat verdi

Səudiyyə Ərəbistanı kralı Salman Hindistanın din xadimi Zakir Naikə ölkənin ən nüfuzlu mükafatını təqdim edib. Maraqlısı odur ki, Zakir Naik dini kitab olan Quranın müsəlmanlara qulluqçu qadınlarla cinsi münasibətdə olmağa icazə verdiyini iddia edən insandır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 11 sentyabr terror hadisələrinin Corc Buş tərəfindən edildiyini iddia edən Zakir Naik islam dininə xidməti müqabilində Kral Feysal Beynəlxalq mükafatına layiq görülüb.

Ziddiyyətli fikirlərinə görə hətta 2010-cu ildə 49 yaşlı Mumbay sakini Zakir Naikin Böyük Britaniyaya daxil olmasına qadağa da qoyulub.

Dünən keçirilən mükafatlandırma mərasimində Səudiyyə Ərəbistanı kralı Salman din xadimi ilə yanaşı, daha 4 nəfərə qızıl medal, ərəbcə yazılmış sertifikat və 2 min dollar mükafat təqdim edib.

Zakir Naik və islamı təbliğ edən qeyri-ərəblər arasında ən nüfuzlu insan kimi təqdim edilib.

Qeyd edək ki, bir neçə il bundan qabaq Zakir Naik tədbirlərin birində belə bir fikir yürüdüb: "İslam yeganə dindir ki, bəşəriyyətə sülh gətirir. Quranda bir kəsin öz arvadı və ona məxsus olan insanlarla sekslə məşğul olmaq haqda bir çox ayələr var". Sonra isə o dediklərinə aydınlıq gətirərək deyib: "Məxsus olan insanlar dedikdə qadın qulluqçular nəzərdə tutulur".

O həmçinin verdiyi bəyanatın detalları ilə bağlı bildirib ki, Məhəmməd Peyğəmbər müharibələr zamanı ələ keçirilən qulluqçuları mömin insanların sekslə məşğul olması üçün nəzərdə tutub. Onun bu bəyanatından istifadə edən terror qruplaşmaları yezidləri seksual qula çevirmək haqda doktrina hazırlayıb. Çünki terror qrupları yezidləri "bütpərəst azlıq" hesab edir.

Zakir Naikin ziddiyyətli fikirləri 2008-ci ildə iğtişaşlara da səbəb olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm