Dünyanın ən böyük iti: o, böyüməkdə davam edir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən böyük iti: o, böyüməkdə davam edir – FOTOLAR

Əbəs yerə bu itə Halk adı verilməyib. Əgər fantastik "Halk" filmini xatırlayırsınızsa, onda söhbətin nədən getdiyini anlayacaqsınız.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan Halk adlı itin çəkisi 80 kiloqramdır. Maraqlısı odur ki, it 17 aylıqdır və onun çəkisi hələ də artmaq üzrədir. Hətta ailənin 3 yaşlı üzvü itdən at kimi istifadə edə bilir.

Halk dünyanın ən böyük pitbull cinsli iti olsa da, əslində, çox mehribandır. Böyük Britaniyada pitbull cinsli itlər təhlükəli elan edilib. Onların evdə saxlanılmasına qadağa qoyulsa da, Halk bütün deyilənləri sanki təkzib edərək, ailənin bir üzvünə çevrilib.

İtin sahibi deyib: "Bu itlər çox qayğıkeşdir. Hər şey onu necə böyütməyindən asılıdır". Bununla belə, itin sahibəsi etiraf edib ki, Halk ona və ailə üzvlərinə başqa bir adam tərəfindən edilən təhdidlərə görə kimisə öldürə bilər.


17 aylıq Halk adi pitbulldan 3 dəfə böyükdür. Halk ölçülərinə baxmayaraq, hələ də, küçük hesab edilir və ona görə də böyüməkdə davam edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm