“KVN”-in aparıcısını döydülər
Bizi izləyin

Bilgi.az

“KVN”-in aparıcısını döydülər

"KVN"-in (Şən və Hazırcavablar Klubu) təşkilatçısı və aparıcı Aleksandr Maslyakov Moskvanın Şeremetyev küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Maslyakovun maşına əyləşdiyi vaxt baş verib. Naməlum şəxs onun ayağından tutaraq avtomobilin salonunda əyləşməsinə maneçilik törədib və onu vurub. Verilən məlumata görə, məşhur aparıcıya hücum edən şəxs artıq saxlanılıb.

Şən və Hazırcavablar Klubunun təşkilatçısı və aparıcısı olan Aleksandr Maslyakov ona qarşı edilmiş xuliqan hərəkəti haqda heç bir şərh verməyib. Qeyd edək ki, hadisə nəticəsində aparıcı xəsarət almayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm