Bilgi.az
Lazerlə qəhvəyi gözləri 20 saniyədə maviyə çevirirlər
Deniel Kreyq və ya Pol Nyumanı yaraşıqlı və xarizmatik göstərən nədir? Əlbəttə, onların açıq-mavi rəngli gözləri...
Göy gözlü insanlar gözləri qəhvəyi rəngdə olanlardan daha şanslıdırlar. Çünki araşdırmalar göy gözlülərin daxil olduqları hər məkanda daha çox diqqət çəkdiklərini ortaya çıxarıb.
Dünya əhalisinin sadəcə 17 faizi mavi gözlərə sahibdir. 83 faiz insan isə mavi gözləri ancaq linzalarla əldə edə bilirlər. Ancaq texnologiya inkişaf etdikcə, insanların arzuları daha asan reallaşmağa başlayır.
Kaliforniyada fəaliyyət göstərən "Stroma Medical" adlı xəstəxananın həkimləri qəhvəyi gözlərin rəngini 20 saniyədə maviyə çevirirlər.
Bu, göz bəbəyinin ön təbəqəsində yığılaraq gözə qəhvəyi rəng verən melanin maddəsinin aradan qaldırılması vasitəsilə mümkün olur.
Xəstəxananın həkimlərindən olan Qreq Homer "Lumineyes" adlı texnologiyadan istifadə edərək qəhvəyi gözləri asanlıqla maviyə çevirdiklərini bildirir.
Prosedur 20 saniyə çəksə də, gözlərin tamamilə maviyə çevrilməsi üçün 2-3 həftə gözləmək lazım gəlir.
Bu prosedurun geriyə qayıdışı yoxdur. Yəni, gözlərin rəngini ancaq bir dəfə dəyişmək mümkündür. Maviyə çevrilmiş gözləri yenidən qəhvəyiyə qaytarmaq olmur.
10 illik araşdırmaların nəticəsi olan bu texnologiya hazırda insanların üzərində test edilir. Artıq 17 meksikalı göz rəngini dəyişdirmək üçün müraciət edib.
Prosedurun qiyməti 5 min dollardır.
Qeyd edək ki, 2008-ci ildə Kopenhagen Universitetinin apardığı araşdırma mavi gözlü insanların bir kökdən gəldiklərini ortaya çıxarıb.
6 -10 min il öncə yaşayan və gözündəki qəhvəyi rəngli piqmentlər naməlum səbəbdən mutasiya keçirərək maviyə çevrilən şəxs ilk mavi gözlü insan olaraq tarixə düşüb. Ondan öncə dünyada yaşayan hər kəsin gözü qəhvəyi olub.
Ləman Sultan
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO