Zirəddin Rzayev: “Bu il İblisin ilidir”
Bizi izləyin

Bilgi.az

Zirəddin Rzayev: “Bu il İblisin ilidir”

Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev bu il baş verəcək hadisələri proqnozlaşdırıb.

Zİrəddin Rzayevin verdiyi proqnozları təqdim edirik:

"Şərq təqviminə görə, bu il keçi ilidir. Bu, ilin qeyri-adekvatlığından, şıltaqlığından, təkəbbürlü və avantürist olmasından xəbər verir. Bu ildə, adətən, bir çox insanlarda özünü qiymətləndirmə və eqo daha çox büruzə verəcək. Bir-birilərilə anlaşmayıb küsülü olan insanların bu ildə barışması mümkünsüz olacaq. Bu, xüsusən də torpaq ünsürlü bürcün sakinlərinə daha çox təsir göstərəcək. Bəzi qədim mənbələrdə və o cümlədən qara magiyada iblis dediyimiz varlığı bir çox mədəniyyətlər keçiyəbənzər varlıq kimi təsvir ediblər.

Məhz bu səbəbdən də insanlar bu il çox dua etməlidirlər. Təkəbbürdən əl çəkməlidirlər. "Dəvədən böyük fil var" atalar sözünü heç vaxt yaddan çıxarmaq olmaz.

Karyera qazanmaqda, şəxsi münasibətlərdə və s. müvəffəqiyyət qazanmaq istəyənlər məhz bu atalar sözlərini unutmamalıdır. Bu şüar altında çalışanlar uğur qazanacaqlar".

Zirəddin Rzayev bu ilin mənfi xüsusiyyətlərilə yanaşı, müsbət təzahürlərinin də olduğunu vurğulayıb. Ekstrasens bu il ruzi və bərəkətin çox olacağını xüsusi qeyd edib: "Qeyd edilənlər Keçi ilinin mənfi xüsusiyyətlərindəndir. Buna baxmayaraq, bu ilin özünəməxsus müsbət keyfiyyətəri də olacaq. Təkəbbürlü, şıltaq və avantürist il olmasına baxmayaraq, əməksevər insanlar üçün uğurlu olacaq. Kənd təsərrüfatı işlərində bərəkət və ruzulu il olacaq. Bu il incəsənət adamları üçün də uğurlu olacaq.

Uzun sözün qısası, bu il özündənrazı və təkəbbürlü insanlar lovğalıq hissini atmalıdırlar. Bu il insanlar bir-birilərinə bacardıqları qədər güzəştə getməlidirlər".

Qeyd edək ki, tanınmış ekstrasens Azərbaycanda elə bir dəyişiklik olmayacağını, bu ilin yurdumuz üçün ruzi və bərəkətli il olcağını deyib. (anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm