Sibirdə yerin altından "uçan boşqab" çıxdı
Bizi izləyin

Bilgi.az

Sibirdə yerin altından "uçan boşqab" çıxdı

Rusiyanın Sibir əyalətində Kuzbassdakı daş kömür mədənində torpaq işləri görülən zaman 40 metr dərinlikdən uçan boşqaba bənzər obyekt aşkar edilib.

Publika.az-ın məlumatına görə, bu tapıntının min illər əvvəl yadplanetlilərin bizim planetə səfər etmələrinin sübutu olduğu güman edilir. Arxeoloqlar təcili surətdə bu obyektin tədqiqi ilə məşğul olmağa çağırırlar.

Yeni tapıntının ehtimal edilən yaşı və yerləşdiyi dərinliyin nəzərə alınması əsl sensasiyaya səbəb ola bilər.

Obyekt ideal dərəcədə dairəvidir. Onun diametri 1,2 metr, çəkisi isə 200 kiloqrama yaxındır.

Bu ərazidə iş aparan ekskavatorçular əmin edirlər ki, bir-birinə oxşayan bu obyektlər iki ədəd olub. Lakin onlardan biri ekskavator dəyən zaman sınıb. İkinci obyekt aşkara çıxarılan zaman ekskavatorçular ehtiyatla hərəkət edərək onu salamat şəkildə yerin altından çıxarıblar.

Bu qeyri-adi obyektin 40 metr dərinlikdən aşkara çıxarılması onun əvvəllər bu regionda 25 metr dərinlikdən tapılan mamont skletlərindən xeyli yaşlı olması qənaətinə gəlməyə əsas verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm