“Dişə diş, gözə göz” - Cəza kimi gözünü çıxardılar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Dişə diş, gözə göz” - Cəza kimi gözünü çıxardılar - FOTOLAR

İranda "əvəz-əvəzə" prinsipinə sadiq qalaraq başqasının gözünü çıxaran məhbusun öz gözü çıxarılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gözləri çıxarılan məhbus sulfat turşusu ilə başqa bir adamın gözünü kor etdiyi üçün ömrünü həbsxanada keçirib. Həbsxana rəhbərliyinin qərarı ilə şəriət qaydaları çərçivəsində qisas kimi onun da gözləri çıxarılaraq kor edilib.

"Cəza növü" ölkədə tənqidlə qarşılanıb. Yerli mətbu orqanlarından biri yazıb: "Adı açıqlanmayan məhbus Karac həbsxanasında huşsuz vəziyyətə gətirilib və həkimlər onun sol gözünü çıxarıb. Belə bir hadisə müasir İranda ilk dəfədir".

Məhbusun hər iki gözünün çıxarılacağı gözlənilir. Lakin kişi həbsxana rəhbərliyindən sağ gözünün yarım il qalmasını xahiş edib.

Qeyd edək ki, məhbus 2005-ci ildə David Ruşanayi adlı bir kişinin üzünə sulfat turşusu töküb. Nəticədə, Ruşanayi qulaq və gözünün birini itirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm