Bilgi.az
Arzuların təcili yardımı: Son arzunuzu deyin, yerinə yetirək - FOTOLAR
Hollandiyada "Ambulance Wens" (Arzuların təcili yardımı) adlı təşkilat fəaliyyət göstərir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat ölüm ayağında olan insanların son arzularını həyata keçirməklə məşğuldur.
Təşkilat həyata keçirdiyi xeyriyyə fəaliyyətindən olan fotoları "Facebook" sosial şəbəkəsində paylaşır. Məsələn, xeyriyyə fəaliyyətlərindən birində sağalmaz xəstəliyə düçar olan qadın Rembrandtın Amsterdam Dövlət Muzeyində yerləşən avtoportretinə tamaşa etmək üçün gətirilib.
Mario adlı zoopark işçisi ömrünün 25 ilini heyvanxanaya həsr edib. Onun son istəyi isə zooparkda sevimli heyvanları ilə vidalaşmaq olub. Arzu təşkilatı Marionun istəyini həyata keçirib. Mario və heyvanxanada yaşayan zürafənin vidalaşmağı isə bir çoxlarına təsir edib.
Ölüm ayağında olan insanların əslində çox sadə istəkləri olur. Məsələn, Hollandiya sakini olan qadının son istəyi gələcək nəvəsinin USM fotosunu görmək olub. Sağalmaz xəstəliyə düçar olan başqa bir insan isə "Ambulance Wens" klinikası və fondu tərəfindən ömrünün son günlərində uşaqlığını keçirdiyi doğma evinə aparılıb.
İnsanların son istəkləri yüzlərlə könüllü şəxs, təcrübəli həkimlər tərəfindən həyata keçirilir.
Nura
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?