Naməlum heyvanın skeleti hər kəsi dəhşətə gətirdi - FOTO
Bizi izləyin

Bilgi.az

Naməlum heyvanın skeleti hər kəsi dəhşətə gətirdi - FOTO

Rusiyanın Kransoyarsk vilayətinin qəsəbələrindən birində tapılmış naməlum heyvan skeleti hər kəsi təəccübləndirib.

Publika.az xəbər verir ki, sakinlərdən biri həyətindəki qazıntı işləri zamanı burada sür-sümük aşkarlayıb. O, qazıntı işlərini davam etdirdikdə sümüklərin naməlum heyvana məxsus skelet olduğunu görüb. Sakin bununla bağlı müəyyən qurumlara xəbər verib.

Naməlum heyvanın skeleti sakinlərin böyük marağına səbəb olub. Alimlər aşkarlanmış heyvan sümükləri ilə bağlı araşdırmalara başlayıblar. Qabaq ayaqlarının pəncəsinin arxa ayaqlarından seçildiyi müəmmalı heyvanın sümüklərinin çürüməməsi, bədən örtüyünün tüklərinin hələ də qalması, habelə kəllə sümüyünün bədəndən ayrılmaması onun ölümünün yaxın keçmişdə baş verdiyini göstərir.

Maraqlıdır ki, son 15-20 ildə Kransoyarsk vilayətində hər hansı naməlum heyvan aşkarlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm