Ana bətnində zəfər işarəsi (FOTO)
Bizi izləyin

Bilgi.az

Ana bətnində zəfər işarəsi (FOTO)

İngiltərədə həkim müayinəsi üçün xəstəxanaya gedən hamilə qadın USM-də gördüyünə inana bilməyib.

20 həftəlik hamilə olan Di Parsons qarnındakı körpənin ana bətnində zəfər işarəsi göstərdiyini görüb.

Bu görüntüdən sonra cütlük körpələrinə verəcəkləri adla bağlı qərar qəbul ediblər. Onlar körpənin oğlan olacağı təqdirdə sülh işarəsi ilə tanınan İngiltərənin keçmiş baş naziri Uinston Çörçilin şərəfinə adlandıracaqlarını deyib.

"Həkim də bu işarəni görəndə şok oldu. O, daha öncə belə bir hadisə ilə qarşılaşmadığını deyib. Biz hər şeyin pisləşdiyi dünyaya körpə gətirdiyimiz üçün çox narahat idik. Onun bu hərəkəti bizə özümüzü daha yaxşı hiss etməyə kömək etdi". (anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm