Gecə yatarkən nə geyinməli?
Bizi izləyin

Bilgi.az

Gecə yatarkən nə geyinməli?

Gecə yatarkən sağlamlıq baxımından hansı parçalara üstünlük vermək daha doğrudur?

Yuxu zamanı dərinin də istirahəti və rahat nəfəs alması lazımdır. Dar və sintetik alt paltarları genital bölgədə həddindən artıq tərləmə, qıcıqlanma, hətta iltihab, qan dövranı pozulduğu üçün şiş, ekzema və qaralmanın yaranmasına səbəb ola bilər.

Gecə geyimləri tərlətməyən materialdan olmalıdır

Alt paltarı və gecə geyimləri tərlətməyən təbii materialdan olmalıdır. Alt paltarları bədəndən çıxan təri əmir, bunun sayəsində bədənimizdə tər yığılmasının qarşısı alınır. Tər dərini həssaslaşdırır və ekzema yaranmasına səbəb olur.

Dar alt paltarlarına diqqət!

Sintetik parçalardan hazırlanan geyimlər bədənin tərini kifayət qədər əmmədiyi üçün göbələk və bakteriyaların çoxalmasına yol aça bilər. Dar alt paltarı geyinən qadınlarda sidik yolu və vaginal infeksiyalarla bağlı olaraq şiddətli qaşınma, yanma hissi, tez-tez sidiyə çıxma, pis qoxulu axıntı kimi əlamətlər özünü göstərə bilər. Uzun müddət geyinilən dar alt paltarları xüsusən də qadınlara mənfi təsir göstərir. Klimaks dövründə gecə tərləməsi çoxalır. Hətta paltarlar və yataq örtükləri su içində ola bilər. Yatarkən istifadə edilən yastıq, yoğran üzlərinin də hansı parçadan olması çox önəmlidir. Pambıq parçadan və ütüləmiş olması sağlamlıq baxımından əhəmiyyətlidir.

Yuxu zamanı bədən hərəkətsiz vəziyyətdə olduğu üçün alt paltarları bədəni sıxaraq qan dövranına, inkişafa və rahat hərəkət etməyə mane olur. Damar laxtalanması, varikoz, damarların iç səthində iltihab əmələ gəlməsi, limfa dövranının pozulması da dar paltarların sağlamlığa zərər verdiyi məsələlərə daxildir.

Etibarlı markalara üstünlük verin

Etibarlı, kanserogen parçalardan tikilməyən alt paltarları sağlamlığımız üçün çox əhəmiyyətlidir. Alınan paltarlar, xüsusən alt paltarları tərkibindəki boya və xammal baxımından etibarlı olmalıdır, yoxlanan standart markalara üstünlük verilməlidir. Xüsusilə rəngli paltar alanda mütləq buna diqqət edin.

Allergiyası olan körpələrə yun və ya sintetik deyil, pambıq parçadan tikilmiş bol geyimlər geydirin.

Paltarlarda yuyucu tullantıları qalmamalıdır

Allergiyası olan, dərisi həssas olan şəxslərin alt paltarlarında yuyucu maddə artıqları qalmamalıdır, yaxşı yaxalanması və ütüləmiş olması vacibdir. Örtüklərdə və alt paltarlarında yumşaldıcı istifadə etmək tövsiyə olunmur. Yumşaldıcılar və yuyucu tozun artıqları allergik reaksiyalar, dəridə qızartı və şiddətli qaşınma yarada bilər.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm