Ölülərlə danışmaq üçün qurğu icad edən alim
Bizi izləyin

Bilgi.az

Ölülərlə danışmaq üçün qurğu icad edən alim

Tomas Edison ölülərlə əlaqə yaratmaq üçün qurğunun mexanizmini hazırlamağa cəhd edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda informasiya martın 5-də çap olunmuş ixtiraçının fransız dilinə tərcümə edilən memuarının az araşdırılmış fəslində qeyd olunub.

Elmi biliyə özü sərbəst şəkildə yiyələnmiş amerikalı ixtiraçı dünyada daha çox fonoqram və közərmə lampasının yeni konstruksiyasını hazırlamaqda məşhurdur. O, həmçinin ölən insanlarla əlaqə yaratmaq üçün "ruhofon" da hazırlamaq istəyib. Edison belə bir qurğunu hazırlamağın konstruksiyasını qeydlərinin sonuncu səhifəsində göstərib. Sonradan isə bu qeydlər onun ölümündən sonra 1948-ci ilə nəşr olunub.

Lakin ingilis dilli nəşrdə Edisonun ruhlar aləmi ilə münasibət qurmaq üçün nəzərdə tutulan qurğunun mexanizmi göstərilmiş səhifəsi ixtisar edilib. Lakin həmin səhifə fransız dilli nəşrdə saxlanılıb. İndi isə adıçəkilən səhifə bu ilin mart ayında Fransa oxucularına təqdim olunub.

Edison nəinki ruhların mövcud olmasına, hətta onların insanla söhbət etməsinə də inanıb. O, ölülərin ötürdüyü siqnalları insanların eşidə biləcəyi səviyyəyə gətirmək istəyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm