Bilgi.az
Ölümünə 17 saniyə qalmış...-VİDEO
Amerikalı rejissor Rendall Miller məhkəmənin hökmü ilə 2 il azadlıqdan məhrum edilib və 25 min dollar cərimələnib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox filmlərə rejissorluq edən Rendal Miller növbəti film çəkilişləri zamanı ehtiyatsızlıqdan 2 nəfərin ölümünə səbəb olub.
Hadisə 2014-cü ilin fevral ayında "Gecəyarısı atlı" filminin çəkilişləri zamanı baş verib. Filmin çəkilişi dəmiryol üzərindəki köpünün üzərində aparılıb. Bu zaman körpünün üzərinə təsadüfən qatar çıxıb. Çəkiliş heyətinin üzvləri körpünün üzərində olan avadanlıqları yığışdıraraq canlarını qurtarmağa çalışıb. Lakin qarşıdan gələn qatar 27 yaşlı operator Sara Cons Elizabeti vurub. Qadın yerindəcə vəfat edib.
Təzəlikcə mətbuata göstərilən videoda qatarın çəkiliş heyətinin üstünə gəlməsi qeyd olunub. 17 saniyəlik videoda Saranın canının necə qurtarmağa çalışması göstərilib.
Rendall Miller ehtiyatsızlıq ucbatından yaranmış ölümdə özünü təqsirkar bilib. Məhkəmə həmçinin rejissora 36 saat ictimai iş kəsib. O 8 il müddətində rejissor fəaliyyəti ilə məşğul ola bilməz.
Miller çəkiliş vaxtı baş verən bədbəxt hadisəyə görə məsuliyyətə cəlb olunaraq həbs cəzası alan ilk rejissordur. "Gecəyarısı atlı" filminin çəkilişləri isə təxirə salınıb.
Nura
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!