Tərtərdə tunc dövrünə aid üzük tapıldı - TARİXİMİZ
Bizi izləyin

Bilgi.az

Tərtərdə tunc dövrünə aid üzük tapıldı - TARİXİMİZ

AMEA Milli Azərbaycan Tarix Muzeyi tunc üzükdən ibarət yeni tapıntını təqdim edib.

Publika.az-ın məlumatına görə, muzeyə təhvil verilmiş üzük Tərtər rayonunun Qızıloba kəndində təsadüfən tapılıb. Üzük en kəsiyi rombvari olan halqadan və yarpaqşəkilli yastı qaşdan ibarətdir. Qaşın üzərinə isə mərkəzində nöqtə olan yeddi ədəd dairə zərb edilib. Onun diametri 18, uzunluğu 21 mm-dir.

Muzeyin Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə sözügedən tapıntının dövrünün XVII-XIX əsrlərə aid edildiyini bildirib. Üzük təmsil etdiyi dövrün məişətinin və metalişləmə sənətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm