Dünyanın ən kiçik küçüyü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kiçik küçüyü - FOTOLAR

Dünyanın ən balaca iti Polşada yaşayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Tudi adlı itin çəkisi nə az, nə çox, düz 300 qramdır. 6 santimetr boyu olan iti hətta ovucun içində saxlamaq olar.

Çixuaxua cinsinə məxsus olan Tudi 10 həftə bundan qabaq dünyaya gəlib. Lakin həmcinslərindən fərqli olaraq onun boyu artmır.

Tudinin sahibi Alisa Şepla deyib: "Ona xəsarət yetirməmək üçün biz hər zaman ayağımızın altına baxmalıyıq. Nəzər almaq lazımdır ki, Tudinin rəngi bizim döşəmənin rəngi ilə eynidir".

Əgər itin inkişafı belə templə davam etsə, onun Ginnesin Rekordlar kitabına düşmək ehtimalı olacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm