Kişi modelyerin geyindiyi qeyri-adi ətəklər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kişi modelyerin geyindiyi qeyri-adi ətəklər – FOTOLAR

Məşhur modelyer Mark Ceykobs, sadəcə, möhtəşəm kolleksiyalarıyla deyil, qeyri-adi geyim stili ilə də diqqət mərkəzindədir.

Öz adını daşıyan moda evində kişilər üçün biri-birindən dəbli geyimlər hazırlayan modelyer, nədənsə, öz qarderobunda həmin paltarlara yer vermir.

Mark Ceykobsu həm dəfilələrdə, xüsusi dəvətlərdə, həm də gündəlik həyatda ətəklə görürük. Modelyer özünü ətəklə çox rahat hiss etdiyini deyir.

Markı şalvarla görmək, demək olar ki, qeyri-mümkündür. O, çox vaxt qara rəngli, midi ətəklərə üstünlük verir. Bəzən də rəngli, naxışlı ətəklərlə stilini tamamlayır. Dünya modasına istiqamət verən modelyer çəhrayı rəngli qısa don geyinəcək qədər cəsarətlidir.

Publika.az Mark Ceykobsun maraqlı stilini əks etdirən fotoları təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm