Dünyanın ən qiymətli brilyantı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qiymətli brilyantı - FOTOLAR

Dünyanın aparıcı hərrac firmalarından biri olan "Sotheby" Dubayda 100,20 karatlıq almazı sərgiyə çıxarmağa hazırlaşır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gələn ay Nyu-Yorkda hərraca çıxarılacaq almaz daşının satış qiyməti 25 milyon dollardan başlayır.

Firmanın sədr müavini Frank Everett almazın dünyada son 25 ildə ən əhəmiyyətli daşlardan biri olduğunu söyləyib: "Belə qiymətli daşlara ən çox ərəb ölkələrində maraq göstərilir. Buna görə də biz daşın birinci Dubayda sərgilənməsini istədik".

Bu ay sonra isə qiymətli daş Nyu-Yorkda keçiriləcək hərracda yeni sahibini tapacaq. Bu almazın hərracda qiymətinin 50 milyon dollara qədər yüksələcəyi təxmin edilir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm