2050-ci ildə 85 yaşlı insanların sayı altı dəfə artacaq
Bizi izləyin

Bilgi.az

2050-ci ildə 85 yaşlı insanların sayı altı dəfə artacaq

2050-ci ildə 85 yaşdan yuxarı olan insanların sayı 65 yaşlılara nisbətən altı dəfə çox olacaq.

Publika.az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Mütəxəssislərin uzun zamandır apardığı araşdırmalar zamanı belə qənaətə gəlinib ki, səhiyyə və texnologiya sahələrindəki irəliləyişlər insanların yaşayış vəziyyətini daha da artırır. Məlumatda o da bildirilir ki, Avropada yaşlı əhali hərəkətsiz olduğu halda, Asiyada tamam əksinədir, yəni əhali burada daha çevikdilər. Misal olaraq, Fransada yaşlı əhalinin 7 faizdən 14 faizə yüksəlməsi üçün 115 il lazımdırsa, Çində eyni nisbətdə artım üçün yalnız 27 il keçməsi kifayətdir.

Hazırda Çində və Hindistanda 65 yaş və daha yuxarı yaş həddində olan insanlar yaşayır. Bununla da həmin ölkələrdə bütün yaş qrupları ilə müqayisədə 80 və daha artıq yaş qrupunda olan ən yaşlı əhalinin 2040-cı ilə qədər 160 faiz artacağı güman edilir.

Həmçinin qeyd edilir ki, Türkiyədə 1960 və 2008-ci illər arasında uzun ömürlülük 25 il artıb. Dünyada 2100-cü ildə doğumda gözlənilən ömür müddətinin 100 il olacağını ehtimal edilir. Bundan başqa, inkişaf edən ölkələrdə hər 7 nəfərdən biri 65 yaşdan yuxarıdırsa, 15 il sonra bu nisbətin hər 4 nəfərdən birində olacağı proqnozlaşdırılır. Odur ki, 2050-ci ildə 85 yaşdan yuxarı olan insanların sayı 65 yaşında olanların sayından altı dəfə çox olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm