Baharda gözəl görünmək üçün ən yaxşı makiyaj stilləri
Bizi izləyin

Bilgi.az

Baharda gözəl görünmək üçün ən yaxşı makiyaj stilləri

Gözəl görünmək üçün mövsümə uyğun makiyaj stillərinə üstünlük vermək lazımdır. Təbii ki, bu zaman üz quruluşunuzu, dəri tonunuzu da nəzərə almalısınız.

Publika.az yaz üçün ən uyğun makiyaj stillərini araşdırıb. Siz də yazın ilk günlərində gözəlliyinizlə hər kəsi özünüzə valeh etmək istəyirsinizsə, yazının davamını oxuyun.

2015-ci ildə ilk bahar makiyajının əsasını qüsursuz və təbii dəriyə malik üzü kiçik toxunuşlarla bəzəyib, rəngləndirmək təşkil edir.

Mövsümün trendləri arasında çəhrayı çiçəklərlə dolu bağçalardan ilham alan makiyaj stili var. Bu makiyaj stilinə əsasən, dodaqları çəhrayı rəngə boyamaq lazımdır. Ancaq çəhrayı rəngin özünüzə uyğun çalarını tapmalısınız. Bunun üçün dəri rənginizi nəzərə alın və bir neçə çəhrayı çalarını test edərək ən uyğun variantı tapın. Dodaq boyanızı fırça ilə çəksəniz, dodaqlarınızı bərabər miqdarda boyamış olacaqsınız. Həmçinin, bu pomadanızın daha qalıcı olmasını da təmin edir.

Çəhrayı dodaq boyası çəkdikdə makiyajınızın geri qalanında sadəliyə üstünlük verməlisiniz. Yəni, göz makiyajızınızda və ənlik rəngində diqqətli olmalısınız.

Bu ilin ən trend rənglərindən biri də açıq bənövşəyidir. Yaz aylarında gözləri bu rəngə boyamaq dəbə minəcək. Bahara yaraşan açıq çalarlardakı bənövşəyi göz kölgələrindən istifadə etmək gözəlliyinizi ön plana çıxaracaq.

Romantik üslubu sevənlər açıq bənövşəyi rəngli göz kölgəsini qara layner və kirpiklərə uzunluq bəxş edən tuşla tamamlaya bilər.

Bahara ən çox yaraşan makiyaj stillərindən biri də gözləri ağ rəngə boyamaqdır. Göz qapaqlarına ağ rəngli göz qələmi çəkin və fırçanın köməkliyi ilə yayın. Gözün burun tərəfindəki ucuna isə ağ qələmi bol miqdarda çəkin. Alt kirpiklərin dibinə isə ağ rəngli layner çəkin.

Bahar makiyajında narıncı dodaq boyaları da dəbli xanımların seçimləri arasında olacaq. Narıncı rəngli dodaq boyası cəsarətli xanımlar üçün nəzərdə tutulub. Bu rəng pomada çəkəndə gözlərinizi tuş və laynerlə vurğulaya bilərsiniz.

Bahar aylarında yanaqlar şaftalı çalarlarında olan ənliklərlə rənglənəcək. Təbii ki, ənliyin rəngini makiyajınıza uyğun seçməlisiniz. Ancaq şaftalı çalarlarından yayınsanız belə, əsla tünd rəngli ənliklərə müraciət etməyin. Ənliyi almacıq sümüyünün üzərinə çəkin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm