Bilgi.az
Bankda yaşayan qadın – VİDEO/FOTOLAR
Heç kim öz ilk iş yerini unutmur. ABŞ-ın Pensilvaniya ştatında yaşayan Keti Kalhoun isə nəinki işlədiyi ilk yeri unudub, hətta oranı pulla alaraq yaşayış evinə çevirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ketinin ilk iş yeri Sprinq şəhərində yerləşən Milli bank olub. Qadın gənc yaşlarında bankda xəzinədar işləyib. 1989-cu ildə bank bağlanaraq satışa çıxarılıb. Bu zaman Keti ilk iş yerini mülk kimi almaq qərarına gəlib. Ən əsası isə qadın bank binasını alaraq onu evə çevirib.
Bank binasının əsası 1872-ci ildə qoyulub. Keti 5200 kvadrat metrlik ərazini almaq üçün 52 min dollar xərcləyib. Sonradan isə o, binanın dizaynını dəyişərək ev halına gətirib.
Buna baxmayaraq, yeni evdə banka məxsus maşınlar, haqq-hesab dəftərləri xatirə kimi qorunub saxlanılır. Bu azmış kimi deyilənlərə görə, 1921-ci ildə bankı yarmağa çalışan qarətçi zirzəmidə boğularaq ölüb. Onun ruhu tez-tez bankın pilləkənlərində gözə dəyir. Lakin bu deyilənlər Ketini zərrə qədər də narahat etmir.
Nura
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov