Bilgi.az
İtdən sədaqət nümunəsi – “Zozo” bir ildir sahibinin məzarını ziyarət edir - FOTOLAR
Türkiyədə 1 il bundan öncə vəfat etmiş İsmayıl Öztürkün xüsusi cinsdən olan iti "Zozo" 12 aydı mərhum sahibinə sədaqətini nümayiş etdirir.
Pubika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, it sahibinin məzarını hər gün ziyarət edərək ona ehtiramını bildirir. Şahidlər bildirilər ki, "Zozo", hər gün mütləq 5 dəqiqə sahibinin evin yaxınlığındakı məzarının ətrafında keçirir. Bir müddət əvvəl sahibinə sonsuz sədaqəti ilə diqqət çəkən, barəsində filmlər çəkilib Yaponiyada heykəli qoyulan "Hackiko" adlı itin hekayəsinin bir bənzəri indi Türkiyədə yaşanır. İl yarım əvvəl küçük ikən aldığı Zozonu çox sevən İsmayıl Öztürk, ötən ilin bu günlərində dünyasını dəyişib. Öztürk evin yaxınlığındakı ailə qəbiristanlığında dəfn edilib. Sahibinin vəfatından sonra onun yoxluğuna alışmayan "Zozo" həmin vaxtdan bu günə kimi hər gün sahibinin məzarını ziyaret edir. İsmayıl Öztürkün oğlu Zəfər Öztürk "Zozo"nu bir həftəlik ikən aldıqlarını deyərək, "Atam onu çox sevərdi, ona öz uşağı kimi baxdı. Atamı bir il öncə itirdik. Mən bir dəfə məzarı ziyarət etməyə gələndə "Zozo"nu atamın qəbri üstündə uzanıb yatdığını gördüm. O, tez-tez bura mənimlə birlikdə gələrək məzarən üstünə uzanır və sahibinə sədaqətli olduğunu sübut edir" - deyib.
İsmayıl Öztürkün nəvəsi Furqan Öztürk də "Zozo"nun sadiq it olduğunu ifadə edərək, "Zozo, babamın vəfatından qısa müddət öncə bizə gəldi. Hər dəfə məzarı ziyarət etməyə gələndə o da bura bizimlə birlikdə gəldi, məzarın üstünə uzanıb yatdı. Mən kənddə qalanda hərdən bura gəlirdim. Gələndə də "Zozo"nu burada məzar üstündə gördüm" – deyib: "Bizim daha öncə çoxlu sayda itimiz vardı. Amma ilk dəfə belə bir sədatəli köpək gördüm. "Zozo" çox fərqlidir".
Anar Tağıyev
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı