Bilgi.az
Makiyajla yatmağın zərərləri
Qadınların gündəlik istifadə etdiyi makiyaj gün ərzində dəri qüsurlarını gizlədir və üz xətlərini diqqətə çarpan hala gətirərək, daha gözəl və cazibədar edir. Gün ərzində makiyajınız təzəliyini itirir, onu bir neçə dəfə üst-üstə makiyaj etmək məcburiyyətində qalırsınız. Buna görə də gecə yatmazdan öncə makiyajınızı təmizləməyə laqeyd yanaşmayın. Çünki yuxu əsnasında dərinizin nəfəs almasını təmin etməniz lazımdır.
Gün ərzində etdiyiniz makiyajın irəlidəki dövrlərdə dərinizə sızanaq, ləkə, xətlər və qırışlarla geri dönməsini istəmirsinizsə, hər gecə yatmazdan öncə mütləq makiyajınızı təmizləyin. Makiyajınızı təmizləmədən yatmanız kirpiklərinizin tökülməsi, dərinizin sürətlə qırışması, məsamələrin tıxanması deməkdir.
Gecə yatmazdan əvvəl mütləq dərinizi makiyaj təmizləmə vasitələri ilə təmizləməlisiniz. Makiyajın qalıqlarından dərinizi təmizləməyə yarayacaq çox sayda sabunlar və gellər var. Əvvəlcə dəri tipinizə uyğun olan sabun və gellə üzünüzü yumalı və daha sonra pambığı makiyaj təmizləmə vasitələrinə batıraraq üzünüzü yaxşıca silməlisiniz. Üstündən mütləq nəmləndirici krem çəkin və yatın.
Daha gur və uzun kipriklər üçün gün ərzində tez-tez təzələdiyiniz kiprik üçün tuşu yatmadan əvvəl mütləq təmizləyin. Çünki göz makiyajınızı silmədən və tuşun qalıqlarını təmizləmədən yatsanız, kiprikləriniz sürətlə tökülə bilər. Buna görə də göz makiyajını təmizləmə mayeləri, gelləri ilə və ya nəmləndirci krem və gül suyu ilə kipriklərinizi təmizləyib yatmalısınız.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin