Küçə itləri və pişiklər meksikalı qadının dəfninə gəldi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Küçə itləri və pişiklər meksikalı qadının dəfninə gəldi - FOTOLAR

Heyvansevər Marqarita Suarezin dəfn mərasimində maraqlı bir hadisə baş verib. Meksikalı qadının dəfnində yaxınları ilə yanaşı, bir sürü itlər də iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadın sağlığında küçə itlərini və pişiklərini evinə gətirərək onları yedizdirib. Bundan əlavə, o, küçəyə çıxaraq qarşısına çıxan hər bir heyvanı da yemləməyi unutmayıb.

Ağır xəstəlikdən vəfat edən qadının yas mərasiminə isə qayğısına qaldığı itlər də gəlib. İtlər Marqarita ilə vidalaşaraq onun tabutu önündə uzanıb. Hələ bu azmış kimi, qadının tabutunun yerləşdirildiyi otağa çöl quşları da hücum edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm