Cəmi bir sözdən ibarət şeir kitabı çap olunub - FOTO
Bizi izləyin

Bilgi.az

Cəmi bir sözdən ibarət şeir kitabı çap olunub - FOTO

Omsk şəhərindən olan şair İlyubay Baktiyevin bir sözdən ibarət olan kitabı mindən çox nüsxə ilə satılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şairin "Sözdən sonra" kitabı "Hə-ə-ə-ə..." sözündən ibarətdir. Bu sözdən əvvəl və sonra isə müəllif müqəddimə və izahat verib.

Baktıbayev deyib: "Mən bu haqda çox düşündüm, sonra isə insanların bu sözü necə deməsini sezdim. Haradasa nəsə baş verdikdə insanlar düşünərək deyir: "Hə". Bu söz qısa olsa da, bütün mətn və məğzi əhatə edir. Bu sözü eşitdikdə insanın nə düşünməsi səni maraqlandırmağa başlayır".

Baktıbayev İkinci Dünya müharibəsində iştirak edən atası ilə söhbət etdikdən sonra belə bir kitab yazmaq qərarına gəlib. Çünki müharibə veteranı hər dəfə müharibə illərini xatırlayarkən söhbətə "Hə-ə-ə-ə..." sözü ilə başlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm