Həyat yoldaşına 55 min paltar aldı (FOTO)
Bizi izləyin

Bilgi.az

Həyat yoldaşına 55 min paltar aldı (FOTO)

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan bir cütlük hamıda maraq oyadan bir kolleksiya nümayiş etdiriblər

ABŞ-ın Kaliforniya ştatında yaşayan Brokman ailəsi 1 milyon dolarlıq kolleksiyaları ilə hamının diqqətini çəkiblər.

Kolleksiya hazırda 76 yaşında olan Marqot Brokmanın geyimlərindən ibarətdir. Belə ki, həyat yoldaşı Polun ona aldığı bütün paltarları ehtiyatla geyinən qadın hər birini təzə formada saxlayıb və 55 min ədəd geyimdən ibarət kolleksiya açıblar. 56 illik ailə həyatı sürən cütlük həmin geyim kolleksiyasını satışa çıxarıblar.

Onlar bu geyimləri 4 min kvadrat metr böyüklüyündə bir anbarda saxlayırlar.

13 yaşından rəqs edən Almaniya doğumlu Pol həyat yoldaşı ilə rəqs etməyə başladığı gündən bəri hər dəfə ona yeni geyim alıb və nəhayət bu böyüklükdə geyim kolleksiyasına sahib olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm