İnsanlar 200 il yaşayacaq
Bizi izləyin

Bilgi.az

İnsanlar 200 il yaşayacaq

İnsanların 200 il yaşamasını təmin etmək mümkün olacaq.

Publika.az xəbər verir ki, bu barədə Kocaeli Universiteti kök hüceyrə və gen müalicələri araşdırma mərkəzinin direktoru professor Ərdal Qaragöz maraqlı açıqlamalar verib:

"Hüceyrələrin uc hissələrində "telomer" adladırılan parçalar var, ömrü uzatmaq üçün "telomerlərin" uzadılmasına mane olmalısan. Bunun tamamilə reallaşacağına, ölməzliyin mümkünlüyünə inanmıram. Ancaq gələcəkdə ömrü bir neçə dəfə uzatmaq mümkün olacaq və insanlar 200 il yaşayacaq".

Qaragöz Baronet Universitetinin elmi araşdırmalar klubunda keçirilmiş "Kök Hüceyrə və Aktual Gen Müalicələri Konfransı"nda tibbi texnologiyanın sürətli inkişaf etdiyini və əməliyyatların robot texnikası ilə edildiyini söyləyib.

Tibbin inkişafı ilə insan ömrünün uzadılmasının mümkün olduğuna inanan professor sözlərini belə tamamlayıb:

"Bunu biz görməyəcəyik, amma insan ömrünün getdikcə artması, cavanlaşdırma üsulları bunun göstəricisidir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm