Obamanı ad gününə dəvət edən yaşlı qadın vəfat etdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Obamanı ad gününə dəvət edən yaşlı qadın vəfat etdi - FOTOLAR

ABŞ-ın Arkanzas ştatında dünən axşam saatlarında dünyanın ən yaşlı insanı vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Gertruda Uiver 116 yaşında vəfat edib. O, son günlərini sağlamlıq və reabilitasiya mərkəzində keçirib.

Qeyd edək ki, aprelin 2-də Uiver 117 yaşı üçün nəzərdə tutulan ad gün mərasiminə prezident Barak Obamanı da dəvət edəcəyini elan etmişdi. Onun 117 yaşı iyulun 4-də qeyd edilməli idi. Sağlamlıq və reabilitasiya mərkəzindən verilən məlumata görə, Uiver hər zaman ad günündə dövlət başçısını görməyi arzu edib. Bir il əvvəl də, o, Obamaya dəvət məktubu göndərmişdi, lakin onun məktubuna cavab verilməmişdi.

Uiver dünyayın ən yaşlı insanı adını düz bir həftə daşıdı. Aprelin 1-də yaponiyalı 117 yaşlı Misao Okava vəfat etdikdən sonra Uiver dünyanın ən yaşlı insanı oldu. O, daşıdığı statusla fəxr edib.

Xatırladaq ki, Uiver 1898-ci ildə Arkanzas ştatında dünyaya gəlib. Təqaüdə çıxana qədər Uiver qulluqçu işləyib.

İndi isə dünyanın ən yaşlı insanı adını Ceralien Telli daşıyacaq. Mayın 23-ü onun 116 yaşı tamam olur. O, Detroyt ştatında yaşayır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm