Polisləri görən it təslim oldu - FOTO
Bizi izləyin

Bilgi.az

Polisləri görən it təslim oldu - FOTO

Braziliyada narkotik alverçilərinin iti əsil internet ulduzuna çevrilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, it və sahibi onların ardınca gələn polisə təslim olub. Hüquq mühafizə orqanları Braziliyanın Varem Qrande rayonunda apardığı reyd zamanı narkodilerin evinə basqın edib. Polis evdə saxlanılan nəzarətçi itin onlara maneçilik edəcəyini düşünüb. Lakin it də sahibi kimi yerə uzanaraq müqavimət göstərmədən təslim olub. İtin belə bir hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Polis işçisi deyib: "Biz evə hücum edərkən it hürüşünü eşitdik. Güman edirdik ki, it üstümüzə hücum edəcək. Lakin itin də sahibi kimi qəfildən yerə uzanması bizim hamımızı təəccübləndirdi".

Braziliya heyvanlar üzrə təlimçisi deyib: "İtin yerə uzanaraq qarnını göstərməsi heyvan aləmində tabeçilik nişanəsidir".

İtin sahibi həbs edilsə də, özü azad edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm