İnsanın Marsa yiyələnəcəyi müddətlər bəyan edildi
Bizi izləyin

Bilgi.az

İnsanın Marsa yiyələnəcəyi müddətlər bəyan edildi

Planetar cəmiyyətin ekspertləri insanın Marsa yiyələnəcəyi müddətləri bəyan ediblər. İclasın təşkilatçıları onun materiallarının bir qədər sonra dərc olunacağını vəd ediblər, lakin "NY City Times" nəşri bu barədə aşağıdakıları bildirir.

Ekspertlərin fikrincə, astronavtlar 2033-cü ildə Marsın orbitinə çıxa biləcəklər, 2039-cu ildə isə onlar ilk dəfə Qırmızı planetin səthinə enəcəklər. Mütəxəssislərin qeyd etdikləri kimi, 2015-ci ildən 2033-cü ilədək 18 il ərzində ABŞ-da ən azı üç prezident administrasiyası dəyişə bilər və ekspertlər istəməzlər ki, bu, ABŞ-ın kosmos siyasətində dəyişikliklərə gətirib çıxarsın.

Bundan başqa, alimlər Marsda orbital missiyanın məqsədəuyğun olub-olmamasından narahatdırlar. Onların fikrincə, astronavtların planetə uzunmüddətli uçuşuna və güclü radiasiyaya görə onların orbitdə olması müddətini uzatmağın mənası yoxdur, Marsın səthinə enməyə başlamaq daha ağlabatandır, orada insanlar, yəqin ki, aylarla qala biləcəklər.

Alimlər Çinin kosmosa yiyələnməsində irəliləyiş olduğunu ayrıca vurğulayıblar. 1990-cı illərin birinci yarısında sənaye casusluğu ucbatından NASA Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsində bu ölkənin iştirakına imkan verməsə də o, 2022-ci ilədək milli orbital stansiyanın genişləndirilməsini başa çatdırmağı planlaşdırır.

Ekspertlər 2024-cü ildən sonra Rusiyanın BKS layihəsindən çıxmaq planlarından təəssüfləndiklərini bildirir, lakin qeyd edirlər ki, stansiyanın Amerika seqmentinin istismarı üçün ABŞ-ın NASA-ya ayırdığı vəsait onun Rusiyadan asılı olmadan fəaliyyət göstərməsi üçün kifayət edəcəkdir.

Alimlər kosmosun mənimsənilməsində biznesin iştirakına böyük ümidlər bəsləyirlər. Belə ki, 2014-cü ilin sentyabrında NASA rəsmən elan edib ki, dəfələrlə istifadə oluna bilən pilotlu kosmik gəmilərin və onları orbitə çıxaran vasitələrin inşası barədə çoxmilyardlıq kontrakt bağlamaq üçün "Boeing" və "SpaceX" şirkətlərini seçib. Müqaviləyə görə, agentlik "CST-100" gəmilərinin hazırlanması üçün "Boeing" şirkətinə 4,2 milyard dollar ayıracaq, "SpaceX" özəl şirkətinin "Dragon" seriyasından olan gəmilər isə artıq BKS-ə uçur.

Qeyd edək ki, Qeyri-hökumət Planetar Cəmiyyətin əsası 1980-ci ildə Karl Saqan, Luis Fridman və Brüs Mürrey tərəfindən qoyulub. O, kosmosa, nəqliyyat vasitələrinin yaradılmasına dair tədqiqatların dəstəklənməsi və populyarlaşdırılması ilə, kosmos siyasəti ilə məşğuldur. Hazırda cəmiyyətin təqribən 40 min üzvü var.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm