Turqut Özala “baba” deyən tutuquşu 40 yaşında - VİDEO
Bizi izləyin

Bilgi.az

Turqut Özala “baba” deyən tutuquşu 40 yaşında - VİDEO

Türkiyənin 8-ci prezidenti mərhum Turqut Özalın tutuquşusu 40 yaşını yeni sahibi ilə tortla qeyd edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada yaşayan turizm administratoru Metin Suna İstanbulda bir dostunun tövsiyəsi ilə Özalın tutuquşusunu almağa qərar verdiyini bildirib.

Tutuquşunun adı Cabbardır. Özalın vəfatından sonra tutuquşuya baxan kimsənin qalmadığını deyən Suna 18 il əvvəl, 22 yaşında olarkən onu aldığını qeyd edib. Malatyada Özal ilə qonşu olduğunu deyən Suna tutuquşunun danışdığı, rəqs etdiyi və mahnı söylədiyini deyib.

Özalın şəklini görəndə təsirləndiyini yazan Suna "Özalın şəkli ətrafında gəzir. Bir şey edə bilmir. Şəkilləri görəndə "baba" deməyə başlayır" söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm