“Sümüklər üçün nadir sement” yaradılıb
Bizi izləyin

Bilgi.az

“Sümüklər üçün nadir sement” yaradılıb

Seversk Texnologiya İnstitutunun mütəxəssisləri ən qısa müddətdə insanın sümük toxumasını bərpa etməyə imkan verən nadir maddə işləyib hazırlayıblar.

Alimlərin fikrincə, aparılmış eksperimentlər zamanı yeni materialın nadir xassələrə malik olduğu sübuta yetirilib. Maddənin unikallığı bundan ibarətdir ki, o, sümükdə çatlağa və ya sınığa düşdükdə tez bir zamanda tam sümük toxumasına çevrilir. Özü də insan orqanizmi materialı yad cisim kimi qəbul edib ayırmır.

Yeni materialın xassələri təbabətdə, stomatologiyada və kosmetologiyada ondan uğurla istifadə etməyə imkan verir. Sibir mütəxəssisləri belə hesab edirlər ki, yeni maddəni tam əsasla "sümüklər üçün sement" adlandırmaq olar. Qeyd etmək lazımdır ki, yeni material təsadüfən kəşf edilib. İnstitutun mütəxəssisləri titan protezlərin yaratdığı yaraların sağalmasını sürətləndirən maddə üzərində işləyirlərmiş. Bu məsələnin həlli üçün möhkəmliyinə görə titanla müqayisəyə gələn, lakin tərkibində metal qarışıqlar olmayan material işlənib hazırlanıb. Nadir üzvi məhsulun ən dəyərli xassəsi budur ki, yaralar və zədələr sağaldıqdan sonra da onu insan orqanizmində saxlamaq olar.

Heyvanlar üzərində aparılmış eksperimentlər Rusiya mütəxəssisləri tərəfindən hazırlanmış "sümüklər üçün sement"in çox səmərəli olduğunu sübut edib. Hazırda klinik sınaqlar aparılması üçün lazımi sənədlər rəsmiləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm