Göydələn tikmək daha asan olacaq
Bizi izləyin

Bilgi.az

Göydələn tikmək daha asan olacaq

Fransız alimi Sisveo 3-D formatlı şəkillər vasitəsilə video hazırlayan kamera yaradıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əsasən konstruksiya sahəsi üçün gərəkli olan bu aparat arxitektorlara evlər, göydələnlər tikərkən lazım olacaq.

Yeni texnologiyaya əsasən, memarlar idarədə saatlarla çalışmadan çox asanlıqla hər hansı bir məkanda tikmək istədikləri binanın modelini dizayn edə biləcəklər. Kompleks alqoritmlərlə çalışan bu aparatın "qrafika kitabxanası" adlı proqramı istənilən şəkilləri yükləyə bilir. Toplanılan şəkillər əsasında dron kamera video hazırlayır.

Qeyd edək ki, Sisveo bu il ərzində aparatı ictimaiyyətə təqdim etmək niyyətindədir. Fransa Kosmik Agentliyi aparatın lisenziyasını artıq 2013-cü ilin sonlarından əldə edib. Bu texnologiya Avropa Kosmik Agentliyi tərəfindən maliyyələşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm