“Barbi” gəlinciyinə oxşamaq üçün beynindən imtina etdi - FOTO
Bizi izləyin

Bilgi.az

“Barbi” gəlinciyinə oxşamaq üçün beynindən imtina etdi - FOTO

38 yaşlı amerikalı Blondi Benettin ən böyük arzusu “Barbi” gəlinciyinə oxşamaq olub. Qadın bütün mümkün olan plastik əməliyyatlara əl ataraq 50 min dollardan çox pul xərcləyib lakin o, bununla kifayətlənməyib. İndi isə o, ağılsız olmaq istəyir, çünki ağıllı gəlincik mövcud deyil.

Üzünə, simasına onlarla əməliyyat etdirən Blondi Benett daima hipnozçunun yanına gedir ki, onun intellektual bacarıqlarını aşağı salsın. O istəyir ki, insanlar onu oyuncaq seks-gəlinciyi kimi qəbul etsin. Kaliforniya sakininin sözlərinə görə onda artıq deqradasiyanın uğurları görünməkdədir.

Blondi fəxrlə deyir: “Bu yaxınlarda rəfiqəm dedi ki, onu hava limanında qarşılayım. Mən isə tərəddüddə qaldım: təyyarələrin gəliş, yoxsa gediş zalına getməli olduğumu bilmirdim. Bir dəfə də bütün uşaqlığımı keçirdiyim anamın evini tapa bilmədim”.

Əsil “Barbi” kimi o heç yerdə işləmir. Ona pulu kişilər verir. belə ki saxta Barbi ona pul ödəyənlərlə şəkil çəkdirir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm