Ölkənin ən xoşbəxt arvadı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ölkənin ən xoşbəxt arvadı - FOTOLAR

Çinin Anşun şəhərində yaşayan məktəb müəlliməsi əbəs yerə "Çinin ən xoşbəxt qadını" adına layiq görülməyib. İş ondadır ki, qadının hərbçi əri xidmətə getməzdən əvvəl arvadı üçün 1 illik yeməyini bişirib qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Jao kimi tanınan qadın evdə külli miqdarda donmuş yemək və yüngül qəlyanaltı qidalarla yaşayır.

Jaonun əri keçən həftə arvadına olan sevgisini nümayiş etdirmək üçün hərbi xidmətə getməzdən öncə onun üçün 1000 ədəd duru xörəyə tökülən xəmir parçaları və yarımfabrikatlar bişirib hazır qoyub.

Qayğıkeş ər arvadının bütün günü əriştə yeyəcəyindən narahat olduğundan, Jaoya müxtəlif növ, çeşidli yeməklər hazırlayıb. Bişirdikləri yeməyi isə buz dolabına yerləşdirib.

Jaonun sözlərinə görə, o, çox məşğul adam olduğu üçün əri evdə olduğu halda yemək bişirir. İndi isə bundan sonra qadın işdən evə gələrək hazır yeməyi qızdırmaqla kifayətlənəcək.

Onun əri Yin Tibetdə hərbi xidmət keçir və o, evə düz bir ildən sonra dönəcək.

Jao deyib: "Ona ərə gələrkən özümü belə həyata hazırlamışdım. Hər dəfə xidməti üzrə evdən uzaqlaşanda ağlayırdım. Sonradan isə karyerasında ona dəstək çıxdım. Onun bişirib qoyduğu yeməklər mənə 1 illiyinə kifayət edəcək. Hər dəfə bu haqda düşünərkən ürəyim daha mülayimləşir".

Bundan əlavə, Jaonun əri Yin arvadını hər gün təəccübləndirmək üçün evin müxtəlif yerlərində çoxlu qəlyanalatı qidalar gizlədib. Məsələn, stolun altına yapışmış qəlyanaltını da göstərmək olar.

Yin Tibetə getməzdən qabaq sevimli arvadı üçün təlimat məktubu qoyub. Məktubda qəlyanaltının harada olacağını işarə verən təlimlər yazılıb. Məktubların birində belə bir cümlə yazılıb: "Bu gün sən çox dərs oxumusan ona görə də sənə mükafat vermək istəyirəm. Divanın arxasında sağ tərəfdə olan boşluqda sənin üçün çərəz qoymuşam".

Qəlyanaltıya çips, balqabaq tumu, saqqız, biskvit və əriştə daxildir.

Yin əmindir ki, Jao yeməkləri yeyib qurtaran kimi o, evə gəlib çıxacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm