103 yaşında məzun oldu - VİDEO
Bizi izləyin

Bilgi.az

103 yaşında məzun oldu - VİDEO

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan yaşlı bir qadın hamının diqqət mərkəzinə düşməyi bacarıb.

ABŞ-ın Viskonsin ştatının 103 yaşlı sakini Meri Hant 90 il əvvəl yarımçıq qoyduğu təhsilini tamamlayıb. Bu barədə "NYDailyNews" xəbər yayıb.

Xəbərdə bildirilir ki, yaşlı qadın "River Valley" liseyindən məzun olaraq gənc yaşlarında ala bilmədiyi diplomu əldə edib.

Yaşlı qadının illər əvvəl təhsili yarımçıq qoymasına səbəb isə ailədəki vəziyyətləri olub. Belə ki, özündən yaşca balaca olan səkkiz bacı və qardaşlarının qayğısına qalmaq çətin olduğu üçün ailəsinə kömək etmək məqsədilə liseyə getməyib.

"Bunu həmişə etmək istəyirdim. Əvvəllər imkanım yox idi, amma indi – 100 il sonra bu fürsət yarandı və məndə alındı", - deyə Hant bildirib.

O, diplomu almaq üçün təntənəli mərasimə ənənəvi şəkildə, qara plaş və akademik papaqda qatılıb.

"Beşikdən qəbrə qədər oxumaq" fikrini doğrultmağa çalışan bu qadınının hazırda kollecə daxil olmaq barədə fikirləşdiyi qeyd edilir. (ans)


Oxumağa davam et
Reklam
Reklam

Gündəm