İmkansız ailənin dayanmadan yeyən uşaqları – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İmkansız ailənin dayanmadan yeyən uşaqları – FOTOLAR

Hindistanın Qucarat ştatında yaşayan imkansız ata normadan artıq kökəlmiş azyaşlı 3 qızının həyatını xilas etmək üçün böyrəyini satmağa hazırlaşır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı Rameşbay Nandvana 5 yaşlı Yoqita (34 kiloqram), 3 yaşlı Anişa (48 kiloqram) və 18 aylıq Harş (15 kiloqram) bacılarının həyatını xilas etməyə çalışır. Onun hər üç qızı dünyanın ən ağır uşaqları siyahısına daxil olub.

Ata qızlarını müalicə etmək üçün böyrəyini satmaqla mütəxəssisin yanına aparmaq istəyir. O deyib: "Uşaqlarım sürətlə böyüməyə başlasalar, səhhətlərində ciddi problem yarana bilər. Onların ölə biləcəyindən qorxuruq".

Yoqita və Anişa gün ərzində 18 lavaş, 2 kiloqram düyü, 2 kasa toyuq şorbası, 5 qutu biskvit, 12 banan və 1 litr süd içir. Qızlar belə güclü iştaha malik olduğu üçün anaları hər gün onlara yemək hazırlamaqla məşğuldur.

O deyib: "Mənim günüm 30 lavaş və 1 kiloqram tərəvəz yeməyi hazırlamaqla başlayır. Bundan sonra başqa yeməkləri hazırlamaq üçün yenidən mətbəxə keçirəm. Onların aclığı heç zaman bitmir. Vaxtında yemək ala bilməyən kimi çığırıb ağlayırlar".

Ailə başçısı deyib: "Yoqita dünyaya gələndə çox zəif idi. Onun çəkisi 1,5 kiloqram idi və sağlamlığı üçün narahat idik. Onu güclü etmək üçün ilk vaxtlarda çox yedizdirməyə başladıq. İlk ad günündə qız 12 kiloqram idi. Üçüncü qızımız Anişa da bu yolla kökəlməyə başladı və 1 yaşında 15 kiloqram idi. Üçüncü uşaq Harş da kəskin şəkildə kökəldikdən sonra onların səhhətində problem olduğunu anladıq".

Ata Nandvana aya 53 dollar qazanır. O, bütün qazancını qızların qidasına sərf edir. Nandvana gün ərzində fəhləlik edərək quyu qazır, tarlada işləyir. O, bir gün qızlarının ac qalacağından qorxur. Buna baxmayaraq, o, qızlarını yedizdirmək üçün 164 dollar sərf edir. O deyib: "Kifayət qədər pulum yoxdur. Qardaşım və dostlarımdan borc almağa məcbur oluram. Əsası odur ki, uşaqlarımı vaxtı vaxtında yedizdirə bilirəm".

Çarəsiz qalan ata son 3 ildə 800 dollar sərf edərək övladlarını həkimlərə göstərib, lakin xeyri olmayıb. Sürətlə kökələn uşaqların hərəkət etməsində də problem yaranıb. Nandvana böyrəyini satmaqla onlara kömək edəcəyinə ümid edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm