Tunc dövrünə aid meşə sahəsi tapıldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Tunc dövrünə aid meşə sahəsi tapıldı - FOTOLAR

Böyük Britaniyada tunc dövrünə məxsus meşə sahəsi fırtına nəticəsində dəniz altından üzə çıxıb. Sahilə vuran dalğalardan sonra üzərini torf bağlamış qədim palıd və şam ağacları tapılıb. Torfun tərkibindəki oksigen və qələvinin sayəsində ağac kötükləri bugünkü günümüzə qədər gəlib çıxa bilib.

Əfsanələrə görə, bilinməyən bir tarixdə “Cantre’r Gwaelod” ("Batmış Yüzlük") adlı münbit torpaqlara sahib şəhər olub və günlərin bir günü dalğalar altında qalıb.

İndi tapılan meşə sahəsinin həmin su altında qalan şəhərin bir hissəsi olduğu bildirilir.

Arxeoloqlar suyun altında yaşı 5,000-ni keçən meşə sahəsinin mövcud olduğunu və suyun geri çəkilməsi nəticəsində meşənin üzə çıxacağını bilirdilər.

Sahilin kənarında xatirə lövhəsində itmiş şəhərin əfsanəsi də əks olunub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm