“Coca-Cola” haqqında yazılanları təkzib etdi
Bizi izləyin

Bilgi.az

“Coca-Cola” haqqında yazılanları təkzib etdi

“Coca-Cola” haqqında yazılanları təkzib etdi

“Coca-Cola” şirkəti məhsullarında 4-MEI və kokain 4-MEI maddələrinin olması barədə dərc olunmuş xəbərlərlə bağlı açıqlama yayıb.

Şirkətdən bu barədə ANS PRESS-ə daxil olmuş məlumatda deyilir:


Bizim məhsullardakı karamel boyası təhlükəsizdir. İstehsal prosesinin yan məhsulu olan 4-MEI maddəsini izlərini qənnadı məhsullar, peçenyelər, kartof çipsləri, pivə, kökələr də daxil olmaqla qənnadı boyalar işlədilən çox məhsullarda, o cümlədən bizim bir sıra içkilərimizdə aşkarlamaq olar. Amma onun səviyyəsi həddindən aşağıdır və bütün dünya requlyatorları tərəfindən icazə verilir.


Kaliforniya ştatının ayrı-ayrı ərzaq məhsullarının üzərində 4-MEI-nin səviyyəsini göstərən xəbərdarlıq işarəsinin göstərilməsi ilə bağlı tələbinə riayət etmək üçün biz öz təchizatçılarımızdan bizim qənnadı məhsullarında 4- MEI-nin səviyyəsini azaltmağı xahiş etmişik. Elmi tədqiqatlar isə ştatın mövqeyini təsdiqləmir və əhalinin sağlamlığı üçün heç bir risk yoxdur.

Bizim başladığımız işlər nəticəsində Kalifoniyada məhsullarımızın üzərində əsassız 65-ci Əsasnamə xəbərdarlığı və yazıları olmayacaq. Amma bu, dünyanın müxtəlif yerlərində müxtəlif məhsullar dəsti təqdim etməyə əsas vermir. Təbii ki, biz öz loqistika fəaliyyətimizi qlobal səviyyədə genişləndirməyi planlaşdırırıq. Şübhə etməyə bilərsiniz, dəyişidirilmiş qənnadı məhsulları olub-olmamasından asılı olmayaraq, bizim bütün məhsullarımız təhlükəsizdir.


“Coca-Cola”nın tərkibində kokain və ya başqa zərərli maddə yoxdur və kokain heç zaman bir komponent kimi “Coca-Cola”ya daxil edilməyib. Əslində, “Coca-Cola”ya əlavə edilən təbii aromatizatorlar və başqa xarakterik özəlliklər 1886-cı ildən dəyişməz olaraq qalır. Bunun əksi ilə bağlı verilən istənilən açıqlamanın heç bir əsası yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm