Dənizdən 1 milyon siqaret çıxdı - FOTO
Bizi izləyin

Bilgi.az

Dənizdən 1 milyon siqaret çıxdı - FOTO

Sahildəki bu dəmir, əyilmiş konteyneri indi polislər qoruyurlar. Konteynerlə maraqlananlar həddən ziyadədir və onlar 12 metr uzunluğundakı böyük "dəmir qutu"nun içindəki yükə yiyələnmək istəyirlər.


Biskay körfəzində, İngiltərənin Devon qraflığındakı Siton şəhərinin sahillərindəki konteynerdə 1 milyon qutu "Lark" siqareti var.


Dünən səhər dəniz dalğalarının vurub sahilə çıxardığı konteynerin son günlər Britaniyada tüğyan edən tufan və qasırğa nəticəsində konteyner daşıyan gəmilərdən birindən dənizə düşdüyü güman edilir.


Danimarka şirkətinə məxsus, içində 14 ton "Lark" siqareti olan "Maersk" konteynerini polis gecə-gündüz qoruyur. Bu gün konteyner gömrük anbarına aparılacaq.

Biskay körfəzinin sahillərinə dalğalar indiyədək çox nəsnə, o cümlədən minalar və əl qumbaraları da çıxarmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm