Addımlarınızı ölçən Galaxy S5!
Bizi izləyin

Bilgi.az

Addımlarınızı ölçən Galaxy S5!

Addımlarınızı ölçən Galaxy S5!

Cənubi Koreyalı texnologiya nəhəngi Samsung , maraqla gözlənilən yeni telefonu Galaxy S5-i , Barcelonada təşkil edilən Mobile World Congress fəaliyyətində tanıdıb.

Movqe.Az gözlənilən telefonun xüsusiyyətlərini tədim edir:

S5-in plastik arxa qapağı, batareya və yaddaş kartı dəyişməsinə imkan vermək üçün yerindən çıxa bilir.16 megapiksellik kameranın altında yerləşən flaş, eyni zamanda təzyiq cihazı vəzifəsi görür.

Fotoaparatın üzərinə barmaqlarınızı yerləşdirəndə Galaxy S5 təzyiqinizi ölçür. Galaxy S5, içərisində S Health səhiyyə proqramıyla yüklənmiş şəkildə gəlir.

Ürək atışlarınızdan aldığı məlumatları istifadə edən proqram eyni zamanda gündə neçə addım atdığınızı da ölçə bilir. Galaxy S5 çox incə və yüngüldür . Telefonun kənarları metal kimi görünsə də əslində cilalanmış plastikdir. Telefonun əsas menyu ekranında barmaq izi skaneri var. Bu düymənin üzərində barmağınızı sürüşdürərək telefonun kilidini aça bilərsiniz.

Eyni düyməni kredit kartı ödənişləri etmək üçün də istifadə edə bilərsiniz. Gear Fit Manager proqramı Samsungun yeni nəsil ağıllı qol saatlarıyla ünsiyyət qurmaq üçün istifadə edilir. Telefonda çox sayda fotoşəkil çəkiliş rejimi yerləşir.Galaxy S5 qızıl rəngli olaraq da istehlakçının zövqünü oxşayacaq..İstəyənlər üçün telefonun mavi rəng variantı da mövcuddur.

Suya və toza dayanıqlı olaraq çıxarılan Samsung Galaxy S5-i bir neçə dəqiqə suyun altında tutduqdan sonra problemsiz istifadə edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm