Fitnes-klubun hamamında gizli kamera aşkarlandı - FOTO
Bizi izləyin

Bilgi.az

Fitnes-klubun hamamında gizli kamera aşkarlandı - FOTO

Görüntüləri porno sayta satdılar

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən fitnes-klubunun müştəriləri özləri də bilmədən porno ulduzlara çevriliblər.

Fitnes-klubun hamamına gizli kamera yerləşdirilib. Heç bir şeydən şübhələnməyən qadınlar duş qəbul ediblər.

Bu kadrlar porno saytlara satılıb. Video artıq yarım milyondan çox insan tərəfindən izlənilib. Pul tələb edən səhifələrdə bu videoya ayına 10 dollar ödəməklə baxmaq mümkündür. Bu kadrlar porno səhifələrdə çox məşhurlaşıb.

Videolardakı üç qızdan ikisinin kimliyi artıq bəllidir. Videoda olan dekorlardan məkanın Peterburq müəssisələrindən biri olduğu məlum olub.

Praqada qeydiyyatdan keçən pullu xidmət göstərən səhifələrdən birinin sahibi isə “bütün bu video roliklərin” qurama olduğunu bildirib. Ən əsası isə iştirakçıların porno aktrisa olduğunu qeyd edib.

Həmin videoların yayıldığı porno portalların bağlanması üçün artıq polisə ərizə ilə müraciət edilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm